Salaməleyküm. Maşın 12 ildir ki, məndədir. Qətiyyən dəmirçi üzü görməyib, nəinki çürük, pası belə yoxdur. Hobbi kimi, özüm üçün yığdırmışam. Görülən işlər: Almaniyadan xüsusi olaraq, hərbi Ford avtomobilinin rulovoy kolonkası, orijinal feredo, orjinal 4 amartizator, su radiyatoru, butuluçnu yan şüşələri, arxa stoplar gətizdirib, üzərinə qoydurmuşam. Naklatkalar, antfriz sistemi, tormoznoy jitkis, rulovoyun yağını yeni dəyişdirmişəm. Akkumulyator və 4 Lassa təkəri üzərinə qoyulub. Siqnalı BMW-nin siqnalıdır, pult siqnalizasiya quraşdırılıb. CD, MP3, monitor və arxa kamera görüntüsü ilə təchiz olunub. Salon və kuza xüsusi olaraq bezşumka olunub, yağlanıb, yığılıb və ən bahalı Alman boyası ilə rənglənib. Qapıların və kuzanın rezinləri yenilənib. Ümumiləşdirsək, maşına 2800 AZN xərc qoyulub. Avtomobil NÖMRƏSİZ satılacaq, qiymətdə cüzi endirim olunacaq!!! ALLAH hər ikimizə xeyir versin, AMİN!