Chrysler Neon!
Satılır və ya dəyişdirilir!
Avtomobil Azərbaycan ərazisində daxil olduqdan sonra uzun müddət istismar olunmamış, 1 ay öncə ilk qeydiyyata salınmış və nömrələr alınmışdır.
Kuza – Orijinal probeq, vuruğu olmayıb. Avtomobilin orta kantından yuxarı hissəsi rənglənib (rənglənməmişdən öncə video çəkilib və təqdim olunacaq)
Mühərrik- Sadə 2000 sm3 həcmli mühərrik, 16 klapan (133 at gücü). Yağ və yağ filtri, antifriz, alışdırma şamları (“Sveçalar”) yenilənib. “Zaslonka” və “forsunkalar” yuyulub. Yanacaq sərfiyyatı 7-8 litr (Aİ-92)
“Xodovoy”-Bütün lazım olan ehtiyyat hissələri yenilənib. “Rulevoy” yığılıb.
Salon- İdeal vəziyyətdə. Heç bir söküntü, cırılmış və ya çatlamış hissə yoxdur. Tam zavod vəziyyətində.
Sürətlər qutusu- 5 pilləli mexanika.
Problemləri- Ön şüşə dəyişilməlidir, Maqnitafon yoxdur.
Avtomobildə hidravlik sükan, ABS, ön şüşəqaldıranlar, yan şüşələrin elektrik tənzimlənməsi, mərkəzi kilid mövcuddur. Kondisioner işlək vəziyyətdədir(Freon vurulub). Arxa oturacaqların qatlanır. Yeni akkumlyator və yeni təkərlər (300km gedib) alınıb.
Xaricdəki servis kitabçası və digər sənədləri var.
Ətraflı məlumat verilib, əlavə sual varsa maraqlana bilərsiz.