Maşının 4 cü sahibiyəm , maşının təkərləri təzədir , şəkildə baxa bilərsiz , akumlyator təzə alınıb , maşında çürük yoxdur , xırda qapı ətrafında kraska qabarıqları var , qısası kasmetikaya ehtiyacı var . Maşının diferində səs var , təzə diferin qiyməti 240 manatdı , kraska və xırda para işləri ilə bərabər qiymətindən 500 manat çıxılacaq . Maşının sığortasını May ayı eləmişəm , texniki baxışın vaxdı isə bu ay çıxır . Maşına təzə vaxdı 150 manat xərc qoymuşam , orta qluşitel dəyişib , kollektor praqlatkası və kardanını padvisnoy kristavinlər qarışıq dəyişmişəm , köhnə kardanı da üsdündə veriləcək , mator 6 aydı yığılıb öz blokunda çat olduğu üçün 400 manata yeni yarımblok alıb üsdünə qoymuşam . Öz bloku da hər bir hissəsi qarışıq üsdündə veriləcək . Mator yağ yemir . Mator nömrəsi sənədə "işlənməmişdir" . Bütün maşında olan problemləri dedim Allah alana da satana xeyir versin .
Maşının bütün hər bir xərcini qeyd etmişəm, əgər almağa razısızsa zəng vurub maraqlana bilərsiz .