Maşının ciddi elə bir xərci yoxdur. Maşında görülən işlər: polos, qranat, remen, remenin rolikləri, dinamonun paçenniki, şotkuları, arxa naklatka, qabaq naklatka, karopkanın yağını (sadə nissan karopkası, robot deyil) dəyişmişəm. Qabaq təkərlər, disklər təzədir. Sveçaları, iki katuşkası(babin) bu günlərdə dəyişdim, farsunkaları yuyulub, çiçək kimidir. Borc-xərcim çox olduğundan çatdıra bilmirəm, maşın öz adımızadır. Sənədləri qaydasındadır. Özüm hərbidə işləyirəm, maşın elə də sürülən maşın deyil. İlinə görə yaxşı vəziyyətdədir.