*Kanada* istehsalı *GMC Terrain SLE* Speedometer original km ölçümlüdür.
2010-2023-cü illərdə ən çox satılan GMC modeli 2019-cu ilin Terrain modelidir. Hazırda da lider olaraq qalıb. Dözümlülüyü və uzun illər problemsiz qalması barədə rəsmi servisi ilə maraqlana bilərsiz.
İkinci sahibiyəm. 2019-cu ildə 5000 km yürüş məsafəsi ilə almışam.
Maşının heç bir texniki problemi yoxdur. Daim Performance Centerdə qulluq olunub. Təkərləri 2 ay bundan öncə yenisi ilə əvəzlənib.
Maşın alındığından bəri motorxanasında heç bir detalı dəyişdirilməyib, istifadə etdiyim müddətdə heç bir zərbəyə məruz qalmayıb.
3 ildən artıqdır ki sadəcə ailə maşını olaraq sürülüb. Bu müddət ərzində heç bir ciddi problemi olmayıb.
Ancaq motor yağı dəyişdirilib, digər bütün detallar originaldır.
Estetik olaraq arxa buferində təmir işi aparılıb, baqajın qapağı isə vuruqla alındığı üçün yenisi ilə əvəzlənib.
Maşını yoxlatdıra bilərsiniz, əgər qüsur çıxsa problemsiz olaraq ödəniş məbləğindən çıxılacaqdır.
Böyük ehtimal Azərbaycanda olan GMC Terrainlər arasında texniki olaraq ən yaxşı vəziyyətdə olanıdır.
Ön təkər ötürücü olduğu üçün 4 təkər ötürücülərdən fərqli olaraq arxadan aldığı vuruq xodovoy sisteminə heç bir təsir göstərməmişdir. Bunu da yoxlada bilərsiniz.
Kiçik miqdarda endirim məsələsinə baxıla bilər. Fikir ciddi olanlar əlaqə saxlaya və maşına baxış keçirə bilər.
13:00 -14:00, 18:00 - 19:00 müsaid olduğum vaxtlardır.
Alver məqsədli alıcılar narahat etməsin, onlara ayıracaq vaxtım qəti olaraq yoxdur!