Maşının ilk və tək sahibi özüməm. Maşın 2013-cü ilin Oktyabr ayında sıfırdan rəsmi distribyutorun (Nurgün Motors) salonundan alınıb və yalnız rəsmi servisdə xidmət olunub. Maşın rənglənməyib, vuruğu əziyi yoxdur. Maşına əlavə heç bir avadanlıq və ya qurğu qoşulmayıb. Yürüşdən asılı olaraq, bütün lazımi tədbirlər görülüb və dəyişməsi gərəkən ehtiyyat hissələri vaxtı vaxtında dəyişdirilib. Hal hazırda xərc tələb etmir. Otur-sür maşınıdır. Mexanikadır. Ekonom maşındır. Yürüş 113.000 km. Maşın Bakıdan kənarda heç vaxt sürülməyib. İkinci maşın olduğu üçün az sürülüb, ancaq həftə içi ev-iş, ilə təxmini 11.500 km. Sürülməyən zaman ancaq qarajda saxlanılıb.
Fikri ciddi olanlar whats appa yaza və ya əlaqə saxlaya bilər.