Salam, maşın servis maşınıdır. Tam ideal vəziyyətdədir. Heç bir problemi yoxdur. Vuruğu, udarı qəti yoxdur. Çox ekonom maşındır, trasda 6l, şəhəriçi 7l yanacaq sərf edir. Maşına alınan gündən ancaq servisdə original "Shell 5W-30" yağı tökülüb. Bütün rasxodnikləri yenisiylə əvəz olunub. Maşının salonu çox səliqəlidir, oturacaqlarda cırıx, söküy, bozarma qəti yoxdur. Təkərləri təp-təzədir. Maşını harda istəsəniz yoxlatdıra bilərsiniz. Kreditlə istəyən olarsa, ilkin ödəniş 5000 AZN, illik 12%-lə kreditə salmağa köməklik edə bilərəm. Barter təklifləriniz maraqlıdır. Əlavə nə sualınız olsa zəng edib maraqlana bilərsiniz.