Avtomobil təxminən 2.5 ildir ki məndədir. Əsasən şəhər içində, gündəlik işə-evə sürülür.
Cənubi Koreya istehsalıdır. Dözümlü, geniş, təhlükəsiz, hündür, rahat və bir çox xüsusiyyətlərinə görə çox funksionaldır.
Motor yağı, filtr və hava filtri 19.02.2024 tarixində dəyişib və həmişə Mobil 5W-30 istifadə olunub. AI-92 benzinlə işləyir. Şəhər içi yanacaq sərfiyyatı sürmə tempindən asılı olaraq 10-12 l-dir.
İcbari sığortası Paşa sığortadadır, extra təminatı var (5000+5000 azn) və 2024-ün dekabr ayınadək aktivdir.
Real alıcı ilə endirimi müzakirə etmək olar, maşına baxdıqdan sonra.
Özəllikləri:
✓ 7 yerlikdir (üçüncü sırada yetişkin 2 nəfər rahat yerləşir)
✓ Multi sükan, bluetooth, səsli komanda
✓ Lyuk
✓ İşıq və yağış sensorları
✓ Avtomatik iki zonalı klima kontrol
✓ Yan güzgülərin qatlanması
✓ Cruiz control (avtopilot)
✓ Arxa oturacaqların maili tənzimlənməsi
✓ Arxa oturacaqda dirsəkaltı
✓ 165 mm hündürlük/klirens (clearance)
Təhlükəsizlik:
✓ Arxa kamera, ön və arxa park radarlar
✓ Yan güzgüdə kor nöqtə xəbərdarlıq sistemi
✓ ESC sürüşmə əleyhinə sistem
✓ Avtomatik paralel parking sistemi
✓ Yan güzgülərdə dönmə işıqları
✓ 10 hava yastığı
✓ Euro NCAP testindən 95% nəticə ilə 5 ulduza layiq görülmüşdür.