Avtomobil ideal vəziyyətdədir. Özüm bank əməkdaşıyam, ev - iş sürülür. Almaniyadan gələndən bizdə olub və heç vaxt taksidə istifadə olunmayıb. Yanacaq sərfiyyatı çox azdır. Yalnız krlonu sürtdüklərinə görə həmin hissəyə rəng dəyib, qalan yerlərinə rəng dəyməyib. Çaşqa feredo 3 aydır dəyişilib. Sep komplekt yeni dəyişilib. Xadavoya yeni baxış keçirilib, yalnız iç qranat pilniki zədəli olduğundan yenisi ilə əvəz olunmuşdur. Motor ideal vəziyyətdədir. Farsunkalar stend olunmuşdur, şaybaları yenilənmişdir, 1 farsunka orginalı ilə yenilənmişdir. Yağı yeni dəyişilib, Meguin yağı istifadə edilir. Yəni bir sözlə hal-hazırda otur sür vəziyyətdədir. Avtomobilə vaxtı-vaxtında texniki xidmət olunmuşdur. Barter təklifi özündən ucuz avtomobillə üzərində pul almaq şərtilə maraqlıdır, təkliflərinizi whatsappa göndərin.