Motor, korobka, peredok əla vəziyyətdə. Farsunka, zaslonka yuyulub, sveçalar dəyişilib,təkərləri yaxşı vəziyyətdə 4 fəsil, arxa qabaq led stop faralar, amartizatorlar, paduşkaları yeni dəyişilib, stupica, poçevnikiylə birlikdə 2 ay qabaq dəyişilib.Antifriz BMW group-la işləyir, yağ ancaq 5w40 Renault dopuskuna uyğun tökülür,azalması yoxdur,yeni dəyişilib. Bir cümləylə vaxtı vaxtında bütün qulluqları olunur. Dam və qabaq stoykalar F10 parçasıyla üzlənib, bezşumka olunub,Eva ayaqaltılar ölçüsünə uyğun tikilib,çexollar. 2 il qabaq lotka rənglənib.Şəkildə göründüyü kimi arxasında xırda batıq var,arxa buferi yaxşı rəngləməyiblər deyə kraskası biraz tökülüb, 150 azn xərci var, sadəcə vaxt yoxdur ustada saxlamaqa. Avtomobil öz adımadır. Satma səbəbim, avtomat sürət qutulu avtomobilə keçmək. Real alıcıyla maşına baxdıqdan sonra razılaşmaq olar. Barter öz dəyərində normal vəziyyətdə priusla maraqlıdır. Zəngi açmasam whatsapp-a yaza bilərsiniz, işdə oluram gün ərzində.