12/2015-də servisdən alınıb. İkinci sahibiyik, alınandan bəri əsasən xanım ev-iş arası sürüb. Təzə maşın aldığımız üçün satırıq. Amerikadan gətirilmiş, odda yanmış, suda batmış Cruzelardan deyil. Heçbek gövdəli, 1.8 motor Cruzelar Bakıda azdır. Əla vəziyyətdədir. Buferində biraz cızıqlar var o qədər və bəzi kiçik-kiçik hissələri rənglənib, baxanda bilinmir. Ağır qəzası falan olmayıb, airbaglər yerindədir. 92 benzinlə gedir. Maşının yağı və antifrizi təzəlikcə Amerikadan gətirilmiş original Mobil 1 yağı və PEAK antifrizi ilə dəyişdirilib. Rasxodsuz, otur sür maşındır. Alan şəxsə maşının üstündəki 10 seriyalı nömrə hədiyyə olunacaq. Texniki baxışdan keçib, 2025-ə qədər vaxtı var. Alanda yenidən texniki baxışdan keçirməyə ehtiyyac olmayacaq. Maşına baxdıqdan sonra cuzi endirim etmək olar. Barter təklif edəbilərsiniz amma normal maşınla (dizel olsa yaxşı olar). Alverçi deyiləm.
⚠️ Zəhmət olmasa Whatsapp-dan zəng edin və ya yazın.
⚠️ Alverçilər, zəng edib telefonda fantastik endirim istəyib nə özünüzün, nə də mənim vaxtımı almayın