Avtomobil Koreyadan yeni gəlib. Model 2016 texpasport 2015, orijinal yürüş. Sadə motor, sadə karobka, dözümlü və ekonom, təkərlər təzə kimidir. Lyukdan başqa hər şeyi var. Dəri salon, oturacaqların və sükanın qızdırıcısı, multi sükan, EVO ayaqaltılar, yan güzgülərin elektron qatlanması, yan güzgülərdə dönmə işıqları, arxa kamera, ön-arxa videoregistrator, parklanma radarı, hər bir şeyi var və işləkdir. Salonda cırıq-sökük-çat yoxdur.
Udarı, dəyişən detalı yoxdur, motor-karobka-elektron sistem problemsizdir, otur-sür maşındır. Yalnız ciddi alıcıların narahat etməsi xahiş olunur. Qiymətlə bağlı maşının yanında danışılacaq, telefonda qiymət söhbəti olunmur. Maşın öz adımadır və alan adamın adına keçiriləcək. Zəngə cavab verməsəm, Whatsapp-a yazmanız xahiş olunur.