Avtomobil əla vəziyyətdədir. Buraxılış ili təmiz 2015, texpasportda da ili 2015 göstərilib. Heç bir problemi yoxdur. Öz maşınımızdır, 3-ildən çoxdur bizdədir. Hündür avtomobil istədiyimiz üçün satışa çıxarırıq. Maşının katalizatorları üstündədir, uzaqdan işə salınması (pultla) işləyir. RS model, Qara rəndə Dəri salon, oturacaqlarin isidilməsi (qızdırılması), böyük monitor, arxa kamera, işıq sensoru, bluetooth, pioneer səs sistemi, lyuk. Avtomobil amerikadan 2020-ci ildə yüngül vuruqla alınıb. Hava yastıqları (poduşkalar) atmayıb, hamısı üstündədir. Udar olmayıb, maşının stoykası, lanjeronu, bakavinləri əla vəziyyətdədir. Rəsmi Chevrolet Servis Mərkəzində hərtərəfli yoxlanılıb. Daimi olaraq hamının tanıdığı məşhur Etibar usta və komandası tərəfinən qulluq olunur. Rəngi rəzrli tünd göy rəngdədir. Lakin buna baxmayaraq maşnın rəngi dəyişilir, 2 rəngə çalır. Günorta işıq düşəndə göy, kölgədə, qaranlıda isə qara rəngdə görsənir. Ailə maşını olduğu üçün çox az istifadə olunur. Bakıya gələndən heç 20 min kilometr sürülməyib. 2 açarı var, üstündə 4 ədəd təzə təkər verilir. VIN-kod: Özünə, ailəsinə yaxşı vəziyyətdə, problemsiz avtomobil axtaran maşını dəyərləndirə bilər.