Maşın 2 ildir ki, məndədir. Azərbaycanda ilk sahibiyəm. ABŞ-dan gətirdikdən sonra cəmi 23 min kilometr sürmüşəm. Əsasən ölkə xaricində olduğum üçün az sürmüşəm. Arxasından yüngül əziyi olub, motora heç bir zərbə dəyməyib, şarlarının hamısı yerindədir və aktivdir. Bütün detalları zavoddur. Üstündə Çin, Tayvan istehsalı detal yoxdur. Orijinal katalizatoru üstündədir. Yağını vaxtı-vaxtında dəyişmişəm.
Yalnız 95 benzinlə sürmüşəm. Ailə maşınımız olub. İlinin ful komplektasiyasıdır. İndi ölkə xaricində köçdüyüm üçün satıram. Hazırda nə motorunda, nə də karobkasında heç bir problem yoxdur, ideal vəziyyətdədir.