Salam. Maşın Almaniyadan gəlib, əla vəziyyətdədir. Gündəlik iş-ev sürülüb. Digər 1.5 mator Meganlarla bir tutmayın, bu 1.9 turbo, millionik mator, (F9Q), Yanacaq sistemi və forsunkalar Bosh-dur. 130 at gücü, 7 skorost. Açarsız daxil olma-Keyless go, Start stop, Yağış sensoru, Güzgülərin qatlanması, Kondisioner hamısı əla vəziyyətdədir. Yağdəyişmə 7000-dən bir Masterclass servisdə Ravenol 0720 yağı ilə dəyişib, Yanacağa daima Lique Moly qatqısı qatılıb. Zavod katalizatoru üstündədir. Mart ayında 4 ədəd Nexen Koreya təkərləri vurulub üstünə. Akkumlyator yenidir (İnci Aku). Üçün kruqunda 120 manata yeni açar çip çıxartdırmışam zapaz. Xodavoyu Mart ayında Elitdə Camal usta yoxlayıb, dəyişməli və azca nasaz olan belə bütün hissələr dəyişib. (Matorun iç remeni zəmanətlə, qabaq nakladkalar Braxis İtaliya, arxa nakladkalar TRW İspaniya, Sağ sol çaşka zbor Teknorot Türkiyə, başqa xırda xuruş pılnık, sırğalar, amortizatorun paduşkaları, podşivniki nə varsa dəyişib, top kimi olunub. Forsunkalar Masazırda 085 servisdə İntiqam usta tərəfindən stend olunub, sazlanıb, 2 il qarantiya verilib). Mayda sığorta, İyunda texniki baxış olunub. Alan uzun müddət xərcsiz sürəcək. Çalışıb ətraflı yazdım, unutduqlarım da ola bilər. Ciddi və maşından anlayışı olanlar zəng vursun, bir-birimizin vaxtına hörmət edək. Endirimi maşının yanında nəzərə alacam. Alana da, satana da Allah Təala xeyir versin.