Yalnız Sumqayitda baxmaq olar. Şəkillr bu gün çəkilib , 3 ilin şəkili deyil!
Opel Zafira 2.0 motor turbo dizel, mexanika, 5 skorost.
Gündəlik sürülən avtomobil.
Kondisioner tam ideal, yeni radiator əvəz olunub qaz vurulub.
Peç problemsiz işləyir.
Ön əyləc diski və tormoz qəlbləri yenisi ilə əvəz olunub(təzə, işlənmiş yox)
Yağ, hava filtr, kondisioner filtr, yanacaq filtr yeni dəyişilib, kəpkir və karter yuyulub, yeni prokladka ilə əvəz olunub, antifriz, tormoz və sükan mayəsi yenisi ilə əvəz olunub.
Turbo işləyir, abs işləyir, maqnitafon sadə, oda işləyir
Texniki baxış və siğorta yeni kecib.
Etibarnamə ilə 10 aylıq verə bilərəm, daha sonra yeni etibarnamə olsa avtomobilin ilk sahibinə xaiş elədikdə yenidən verəcək.
Cəriməsi yoxdur
Asqi sistemı normal, altinda əzik batıq, cürük, pas qəti yox.
Rənq normal, bir iki xirda batıq var maşında, damı solub. Maşının damın rənqin lakı gedib.
Şəhər ici 7 lt sərfiyat
Tras 5,5-6 lt
Yanacaq cənin həcmi 58 lt
Təkərləri zəyifdi, artıq dəyişmək lazım, hava azalması və sükana döyməsi yoxdur.
Avtomobil 100km/s 14-15 saniyə yığır, sürət sevənlər üçün nəzərdə tutulmayıb, digər dizel mühərriklərdən daha səsli işləyir, elektron nasos olmağına baxmayaraq forsunka sadədir.
Hansisa poduşka da problem var biraz mühərrikin əsməsi salona verir.
Ümümilikdə otur sür maşındır.
Satmağa səbəb yeni avtomobil alınıb
Əlavə hansisa məlumat lazım olsa whats app ilə əlaqə saxlayin soruşa bilərsiniz
Xaiş edirəm alverçilər narahat etməsin
Qiymət barəsində yalnız avtomobilə baxandan sonra söhbət etmək olar və təbii ki endirim olunacaq