Öz maşınımdır, sənədlər öz adımadır. Orijinal yürüş kilometrlə. Avtomobilin xarici və daxili görünüşündən hiss olunur ki, təmiz maşındır. 2021-ci ilin yayında Amerikadan Azərbaycana gətirilib. Gömrükdən keçiriləndən tək sahibiyəm. Maşının 2019-cu ilə aid kitabçası və 2021-də karqo sənədləri də var. Amerikada zədəsi arxa tərəfdə baqaj qapısında olub, fotosu əlavə olunub. Gündəlik çox az sürülür, universitetə və evə. Bakıda sürüldüyü 3 il ərzində demək olar salonun arxa oturacaqlarında oturan olmayıb. Arxa qapılar salondakı kimi açılıb-bağlanır. Hər 5000 km yürüşdə mühərrik yağı 5x30-la dəyişdirilib. 70.000 km yürüşdə sürətlər qutusunun yağı dəyişdirilib. Kosmetik xərci, hər hansı xərc tələb edən problemi yoxdur. Salonda işləməyən funksiyası yoxdur. Real alıcıların zəng vurması xahiş olunur.
Allah alana da, satana da xeyir versin.