Salam.
Ailəmizin ikinci və sevimli maşınını satıb daha yüksək komplektasiyalı maşına keçmək üçün elanımı bura yerləşdirirəm.
2014-cü ildə istehsal olunub və 2015-ci ildə öz alıcısına qovuşan bu ağ rəngli büdcə dostu avtomobilimiz 100 km-ə 7-cə litr benzin istifadə edir. Ələlxüs ki, oğlum bu maşının bütün funksiyalarını daha çox bilir mən yalnız evdən işə və işdən evə sürməklə məşğul oluram.
Qismətiniz olacağ bu maşında heç bir qüsurdan və ya texniki nasazlıqdan söz gedə bilməz. Bütün texniki qulluğlarını vaxtı-vaxtında etmişik, yağı hər zaman göstərilən tarixdən və göstəricidən tez bir zamanda dəyişilib. Maşını isti yay günlərində sürmək üçün 1.6 motor həcmi kifayət qədər önəmlidir, çünki aşağı motor həcmi olan digər riolar kimi kondisoneri qoşanda maşın zəifləmir.
İndi isə əlavə komplektasiyalarından danışmaq istəyirəm.
Zavod tərəfindən gələn, işıq sensoru, park sensoru, arxa görüntü kamerası bir sözlə bunlar öz yerindədir. Bir çox Kia Riolarda olmayan güzgülərin avtomatik qatlanması və baqajda zavod üsulu yerləşdirilmiş kiçik və gözoxşayan spoyleri də var.
Blutuz sistemi. Səsli idarə etmə. Cruiz kontrol. Təbii ki bunları da qeyd etməliyəm.
İndi isə gələk əsas məsələyə. Sizdən xahişim və ricam odur ki, maşına baxmaq üçün səhər saat 08:00-dan 20:00-adək məni narahat edə bilərsiz. Alverçilər gəlib baxa bilər amma onlara maşın satılmayacaq. Allah hər kəsin xeyrini versin. Sağolun.
(Qiymətdə cuzi endirim olunacaq.)