Maşın həm texniki, həm də kosmetik baxımdan ideal vəziyyətdədir. Rəngi kosmos-qara, işıq düşəndə göy effekt verir, çox qəşəng görsənir.
Yüksək klirens, 4*4 çəkim, 190 at gücü. Motor, korobka, most hamısı saat kimi işləyir. İstənilən yerdə yoxlada bilərsiz. Leş Juklarla bir tutmayın.
Start-stop, adaptiv və ambians işıqlar, elektron lyuk, oturacaqların isidilməsi və soyudulması, multi rul və kruiz kontrol, bir sözlə ən full versiyadır. Bütün elektron sistemlər, peç və kondisioner əla işləyir. Ümumiyyətlə maşında işləməyən heçnə yoxdur. 1 qəpik belə xərc tələb etmir, ötür sür.
Bahalı ayaqaltılar, android monitor, arxa görüntü kamerası, nə desəz hamısı var.
Yağını yenicə dəyişmişəm (Meguin 5W30)
Daha böyük maşına keçmək səbəbi ilə satıram, kim alsa xeyirli olsun