KİA K5
Salam. Maşın, Koreyadan, 2 il əvvəl, şəxsi istifadəm üçün gətirilib. Xüsusə ilə seçilib, araşdırılıb, yoxlanılıb, alınıb. Maşın K5-in 2 Turbo matorudur ( optimalardan fərqlidir ). Yağ nasosu və s. kimi problemlər K5 lərdə olmur. Azərbaycanda 2 TURBO K5 lər 5-6 ədəddir. Sport rejimi avtomatik özü tənzimləyir. Çox cəld və keyfiyyətli maşındır.
Maşının matoru, karopkası saz vəziyyətdədir. 70km orijinal yürüyüşdə almişam, 2 ildə 58k sürülüb. Şuşadan tutmuş, Xanəndinə qədər sürülüb. 2 ildə bir dəfə də olsun incitməyib. 2 ildir 92 oktanlı benzinlə sürülüb, maşının matoru, əsas hissələri daimi yoxlanılıb. İstədiyiniz servisdə yoxlatdıra bilərsiniz. Maşının bugünkü gün olan xərci 60 azn sükanın lentasıdır ( öz lentasını dəyişdirib, başqa k5 in arbg nasazlı lentası ilə dəyişmişəm, istəyən dəyişdirə də bilər, özüm də dəyişdirə bilərəm, belə də sürə bilər, 60 azn xərci var. Təkərləri 1-2 sezondan sonra dəyişdirilməlidir, 400 azn da təkərlərin xərcindən çıxaram ). Manitor koreyadan Azərbaycana keçirilməlidir, ehtiyac görmədiyim üçün dəyişdirməmişəm, yeni monitorla da əvəz edə bilərsiniz, heçbir problemi yoxdur ). Satmaq səbəbim işimlə əlaqədardır.
Xahiş edirəm, özünə, ailəsinə normal maşın axtaranlar əlaqə saxlasın. Maşını alıb satmaq məqsədi ilə istəyənlər əlaqə saxlamasın, çünki bu maşını xüsusi olaraq seçmişəm. Telefonda qiymət söhbəti etməyin, satmaq üçün tələsmirəm. Fikri ciddi olan şəxslər əlaqə saxlasın.
Ponarama lyuk, arxa görüntü kamerası, zavod ksenon işıqları, mavi gündüz işıqları, sükanın qızdırılması, ön-arxa oturacaqların qızdırlması, geniş bagaj və s. hərşeyi var.
Maşına baxmaq istəyənlər, həftə içi saat 9:00 dan - 15:00 a qədər Dərnəgül ərazisində, 17:00 dan sonra Mida Hövsan ərazisində, həftə sonları isə Sumqayıt ərazisində baxa bilərlər.
Alana xeyirli olsun.