Maşın əla vəziyyətdədir. Heç bir xərcə ehtiyacı yoxdur. 2 ildən artıq istifadəmizdədir və ancaq Performance Center-də texniki xidmət olunub. Görülən işlərin siyahısını servisdən almaq olar. Premier modeldir, RS modeldən əsas fərqi lyukun olmamasıdır. Bluetooth, USB, CarPlay/AndroidAuto, AutoStop, işıq sensorları və s. kimi özəllikləri var.
Yürüş orginaldır, turbo.az-da belə yürüşlü və bu yürüşə yaxın belə Cruze yoxdur.
Xanım tərəfindən ikinci maşın kimi istifadə olunub və halhazırda artıq üçüncü maşın vəziyyətinə düşdüyü üçün satılır.
Alverçi deyiləm, alan adam texpasportu əlinə alanda bunun şahidi olacaq. Real olmayan müştərilər, ancaq maraq xətrinə zəng etməməyiniz xahiş olunur. Uyğun qiymət endirimi maşının yanında danışılacaq.