Avtomobilin ilk sahibiyəm, 2014-cü ildən məndədir və əla vəziyyətdədir. Avtomobildə mühərrik də sadədir (turbo deyil), sürətlər qutusu da (variator deyil). Xırda 1-2 xərcləri var, o da qiymətindən çıxılacaq. Avtomobilin yürüyüşü originaldır. Açarsız daxilolma, start/stop, lupalı ksenon işıqlar, arxa və ön kamera mövcuddur. Salon və baqaj stp ilə səssizləşdirilib (bezşumka). Video registratorla birgə böyük ölçü android monitor quraşdırılıb maşına. Oturacaqlar ağ-qara rəngdə dəridir, üzlük çəkilib üstünə. Lexus stopları quraşdırılıb.