Avtomobil Volkswagen Passat CC (357), 4 ildir məndədir, 3-cü sahibiyəm. Avtomobil texniki cəhətdən tam ideal vəziyyətdədir. Yalnız 95 markalı benzin ilə idərə olunur. Əvvəlcədən deyə bilərm ki Azərbaycanda belə vəziyyətdə CC bəlkə bir və ya iki ədəddir. Bu 4 ildə avtomobildə görülən işlər və dəyişən detallar:
Asqı sistemi:
- Amortizatorlar 4 ədəd, arxalar KYB, önlər JapCo
- Ön asqı keçən ilin mart ayında tam olaraq yığılıb (ehtiyat hizzələri SWAG)
- Hər iki ŞRUS (qranat) JPGroup
- Ön yaylar (orijinal)
- Şinlər 2022-ci ilin iyul ayında alınıb (Yokohama ES32, istehsal illəri 2021) və o vaxtdan cəmi 30 min sürülüb
- Arxa və ön əyləc bəndləri (arxalar Ridex, önlər Marshal, yürüş 3 min km)
- Ön stupitsalar (Denkerman, yürüş 5 min km.)
- Əyləc mayesi dəyişdirilib (Alpine DOT 4)
- Sükan sütunu yağlanılıb
Salon və texniki:
- Tavan yayda yenidən üzlənib
- Kondisioner yayda texniki baxışdan keçib və frion ilə doldurulub
- Peç sistemi keçən qış kimyavi vasitə ilə yuyulub
- Arxa görüntü kamerası sökülüb, bütün mexanizmlər təmizlənib və yağlanılıb
- Baqajın elektrik naqilləri tam olaraq yenidən yığılıb və xüsusi qırılmağa qarşı üzlənilib (xəstəlikdir)
- Avtomobilin bir çox gizli funksiyaları aktivləşdirilib:
1. Audio səslənmə Skoda Superb
2. Güzgülərin pultdan qatlanması
3. Şüşəsilənlərin əlavə işləməsi
4. TSC (Torque Steer Compensation)
5. XDS (Electronic Differential Lock) systemin aktivasiyası
6. Trailer Stabilization
7. Driving Steering Recommendation (DSR)
Ötürmələr qutusu:
- Yağ və filter əvəz olunub (yağ Febi, filter Asakashi)
- Mexatronikin qapağının salniki yenisi ilə əvəz olunub (orijinal VAG)
- Ötürmələr qutusunun tastığı dəyişdirilib (Borsehung)
- Yağ kitabçası dəyişdirilib (Pieburg)
- Ötürmələr qutusu adaptasiya edilib
- Maxovik dəyişdirilib
Mühərrik:
- Yağ 07.01.2025 tarixində dəyişdirilib (Meguin Ultra Performance Longlife 5w40, filter orijinal VAG)
- Yağ azalma reqlamentə uyğun çərçivədədir (8 min km-rə 1 litr əlavə olunur)
- Mühərrikin kompressiyası 9 BAR
- Mühərrikin yag kitabçası dəyişib (Pierburg)
- Yağ kitabçasının və filterin korpusunun salnikləri keçən ay dəyişdirilib (Elring)
- Pompa yeni alüminium quraşdırılıb, kəməri dəyişib (Continental), soyuq termostat quraşdırılıb (91 dərəcədə açılan)
- Dinamo yenidir (orijinal)
- Starter yenidir (orijinal)
- Klapanlar yuyulub və əlavə separator (yağ ayırıcı) quraşdırılıb
- Şamlar orijinal VAG
- Mühərrikin balansvalları, balansvalların ulduzu, başmaqları, mühərrikin əsas sepi, başmaqları (gen3 mühərrikin, qaçmağa qarşı), tarımlayıcı dəyişdirilib (hamısı orijinal VAG)
- Raspredvalların kronşteyni (orijinal VAG)
- Üst yan qapaq (alüminium)
- Alt dəmir qapaq (orijinal VAG)
- Yağ nasosu Passat B6 1.8 BZB mühərrikinin quraşdırılıb, bir pilləli rejimdə çalışır
- Mühərrikin sol yastığı və alt yastığı (gitara) keçən ay dəyişdirilib
- Mühərrikin yağının soyudulması üçün əlavə olaraq hava ilə soyudulan radiator sistemi quraşdırılıb
- Bütün yanacaq sistemi yenilənib: aşağı təzyiqli nasos (TNND JpGroup), yüsək təzyiqli nasos TNVD (orijinal VAG), forsunkalar (orijinal VAG)
- Turbonun klapanları, baypas N75 və N249 (Pierburg)
- Yanacaq çəninin ventilasiyası klapanı N80 (Bosch)
- Turbonun vestgeyti (kalitka) yenidən yığılıb və tənzimlənib
Bütün qey olunan işlərin əksərriyəti Drive2 saytında avtomobilin səhifəsində foto hesabat kimi qeyd olunub, maraqlanan şəxslərə əmin olmaq üçün link göndərə biləriləcək. Bütün yuxarıda qeyd olunan işlər məcburriyət qarşısındə deyil, profilaktik olaraq edilib. VAG avtomobillərindən anlayışı olan hər kəs dəyər verəcək inanıram. Qiymət yalnız avtomobilin yanında danışılacaq. Endirim mümkündür. Oxuduğunuz üçün təşəkkür edirəm və əminəm ki alan şəxs peşman olmayacaq.