Maşın Koreyadan 1 ay əvvəl gəlib, sinfinin ən maksimal komplektasiyasıdır. Kia Sorento Gravity. 23266 km yürüşü var. 227 at gücü. 7 yerlikdir. Benzin ancaq 95 tökülüb. Avtomobili istədiyiniz yerdə yoxlatdıra bilərik.
Rəng qara metaldır, mirvaridir, şəkillərdə göründüyü kimi parıltılıdır.
Xüsusi qeyd: Alverçilər qətiyyən zəng edib narahat etməsin. Qiymət maşının yanında danışılacaq, simvolik endirim edəcəm, fantastik endirim üçün üz vurmayın, fantastik endirim olmayacaq. Satma səbəbim başqa maşın alacağım üçündür.
22.551 km-də motor yağı (Liqui Moly) Avtok1ubda dəyişdirilib və servis kitabçasında qeyd edilib.
Avtomobil tamamilə qəzasızdır, nöqtə də olsun boya dəyməyib. İki açarı var, iki cüt ayaqaltısı var. İkinci ayaqaltının salafanı belə açılmayıb. Kapitan oturacaqlar, 3 zonalı klimat kontrol, 360 dərəcə kamera, oturacaqların qızdırılması və soyudulması, açarsız daxil olma, mühərrikin kənardan işə salınması, avto hold, 3 sürüş rejimi – eco, sport, smart, ön oturacaqlarda masaj, sükanın qızdırılması, head-up display, full panorama lyuk, zolaq tanıma, telefonun simsiz enerji yığması, rəngi dəyişdirilə bilən ambians işıqlar, dəri salon, arxa toqquşma xəbərdarlığı və avtomatik tormozlama, Apple CarPlay, Android Auto və s.
Həmçinin, avtomobilin pultu ilə sürücüsüz parkinq etmək və parkinqdən çıxmaq mümkündür. Maşın daxili videqreqistratorla təchiz edilib, sürüş zamanı və dayanan zaman həm arxa, həm də ön tərəfdən bütün görüntüləri qeyd edir.
Disklər 19-luqdur və təkərlər təzə, zavod qoyuluşu Continental`dır.
Yanacaq sərfiyyatı:
Şəhər içi – 6.2 litr,
Trasda – 5.2 litr,
Qarışıq – 5.7 litr
Əlavə hər hansı sual olarsa zəng edə bilərsiniz.