Maşın Amerikadan arxası vuruq formada gəlib(VİN kodu ilə baxa bilərsiniz) ideal formada düzəldilib, Azərbaycanda ikinci sahibiyəm. Maşının bütün funksiyaları işləkdir. Heç bir xərc tələb etmir, harda istəsəniz yoxladıra bilərsiniz. Çox dözümlü və ekonom maşındır, sürənlər bilir. Əlavə olaraq monitor, arxa görüntü kamerası, video registrator qoydurmuşam. Mator, karopka yağı, texniki baxış, sığorta hamısı yeni dəyişdirilib. Satma səbəbim altının alçaq olmasıdır.