Salam. Motosiklet yenidir. 1 neçə gün əvvəl alınıb. Bu müddət ərzində cəmi 50 km yol sürülüb. Tez öyrəndiyim üçün daha yüksək kublu və fərqli stil olan motoya keçid etmək istəyirəm. Ona görə bu motoskleti satmaq fikrindəyəm. Moto tam ideal vəziyyətdədir, qarajda saxlanılıb, ancaq açıq meydançada sürülüb. ABS tormoz sistemi, ön və arxa LED faralar, sürüşməyə qarşı müdafiə sistemi ilə təchiz olunub. 2 il və ya 30.000 km zəmanəti var. Dövlət qeydiyyat nişanı alınıb. İcbari sığorta olunub. Alan şəxs 300 manat qabağa düşəcək. İstəyə uyğun sərfəli qiymətə yüksək keyfiyyətlli tam təzə (qutuda) fiber glass materialı ilə olan LS2 kaskı əlavə olaraq sata bilərəm. Həmçinin eyni firmaya məxsus olan yay moto kurtkası da aşağı qiymətlə sata bilərəm.