Satılır
Changan Uni-Z Plug-in Hybrid (2024) – 125 km (VİN: LS6C3E0Z4RB373326)
Mühərrik – 1.5 sadə (atmosfer) + elektrik mühərrik
Avtomobil şəxsi istifadə üçün alınıb. Yürüş (probeq) - 2700 km. ( Elektriklə - 1683 km / Benzinlə 1056 km sürülüb). 19 düyümlük disklər. Açılabilən panaramik lyuk. İnteryerdə ağ və qara rənglərdən istifadə olunub.
Şarj etmək üçün iki port mövcuddur. (GBT AC/ GBT DC). GBT DC portu vasitəsilə 0-100% enerji doldurulması 50 dəqiqəyə mümkündür və bununla 125 km məsafə benzin istifadə etmədən sürmək olur. 92 oktan benzin ilə rahatlıqla sürmək mümkündür amma sürülən müddətdə 95 oktan benzindən istifadə olunub. EV, HEV, Sport, Eco və digər rejimlər mövcuddur.
Yalnız benzinlə: şəhərdaxili təxminən 3.5–5.5 L/100 km
Hibrid rejimdə: təxminən 1.5–2.5 L/100 km
Tam elektrik rejimi (yalnız batareya): 125 km
Sürətlər qutusu: E-CVT (Bu tip transmissiya daha yumşaq keçid, az yanacaq sərfiyyatı və elektriklə uyğun işləmə imkanı verir.)