Zəhmət olmasa diqqətlə oxuyun.
Maşını 2013-cü ildə sifarişlə Almaniyadan gətirtmişəm. Almaniyada 6 ay axtarılıb seçilib alınmış maşındır. Orda da 1 sahibi olub. Azərbaycanda da ilk sahibi özüm olmuşam, 12 ildi də məndədir. Maşını 2 ci maşın kimi "4 fara" həvəskarı olduğum üçün alıb sürmüşəm. Yürüyüş kilometr orginaldır. Yürüyüşü geri çəkilmiş maşınlarla bir tutmayın. İstənilən yerdə, xüsusən də mercedes servisdə də yoxlatdıra bilərsiniz. Mühərriki zavod buraxılışı olan mühərrikidir, sənədində də nömrəsi qeyd olunub. Maşının udarı, vuruğu, zədəsi yoxdur. Təkərlərin 4-ündə təzə almışam. Zavod telefonu, qaçırılma əleyhinə sürətlər qutusu bloklayıcısı və s. funksiyaları var.
Original Alman maşınıdır rolu sağdan keçirilmə yaponka maşınlarla bir tutmayın. Kondisionerlərə kimi işləkdir, heç bir xərc tələb etmir, rahat alıb sürə biləcəyiniz maşındır.
Şitində heç bir çatlama, zədə yoxdur, airbag-ları zavoddur, heç biri udar olmadığı üçün açılmayıb, dəyişilməyib. Maşın həyətdə qarajda saxlanılmış maşındır. Hər bir qulluğu vaxtında olunub. Hər 2 açarı üzərində verilir. Əlaqə saxlayıb gəlib baxa bilərsiz. Realda baxıb, sürdükdə hər şey məlum olur.