Avtomobil Almaniyadan gətirilib və o vaxtdan bəri yalnız şəxsi istifadə üçün ilk sahibiyəm. Heç vaxt taksi üçün istifadə olunmayıb. Maşında heç bir udar, dəyişdirilmiş detal və ya çürük yoxdur – tam orijinal kuzovdur. Mühərrik, karobka və asqı sistemi saz vəziyyətdədir. Mator orijinaldır, dəyişdirilməyib və ideal işlək vəziyyətdədir. Mühərrikə hər zaman keyfiyyətli və bahalı yağ tökülüb. Avtomobil daim qaraj şəraitində saxlanılıb. Maşın həm görünüş, həm də texniki baxımdan ideal vəziyyətdədir. Əlavə xərc tələb etmir. Maşına real marağı olan, dəyərini bilən şəxslər müraciət etsin. İstənilən yerdə yoxlatmaq olar. Fikri ciddi olmayan şəxslər narahat etməsin. Real alıcıya yerində baxış və qiymətdə razılaşma olacaq.
Əlavə olaraq:
▪️ Lyuk
▪️ Monitor
▪️ Arxa görüntü kamerası
▪️ Oturacaqların isidilməsi
▪️ Park radarı
▪️ Yağış sensoru
▪️ Kamera