Maşın ilinə görə çox yaxşı vəziyyətdədir. Maşında udardan söhbət gedə bilməz ,maşının duruşu ,stoykasi hər şeyi bildirir . Yegane mənfi cəhəti kasmetikaya ehtiyac var . Düzdü 2 il bundan qabaq rengletmisdim , görünür yaxşı rəngdən istifadə etməyiblər ,rəngi solub. Arxa sol stopun altında yüngül batıq var . Təkərlər normaldır . Mator çox sakit və rahat işləyir, turbo matordur ,yerimeyine ,cekmeyine söz ola bilməz . Qara tüstü vermir ,yağ azaltmır . 605 mator gedir ,başı çıxan bilir necə matorlardir . Karobkasi ilinə görə deyərdim çox gözəl işləyir ,vurma ,gecikmə yoxdur . Kondisioner tam qaydasındadır,avtopilot ,4 padyomnik,yan güzgülərin qizdiricisina kimi işləyir .Elegance modeldir .Düzdü ,ili köhnə maşındır ,hər hansı bir xərc çıxa bilər ,ancaq onu qeyd edim ki arxa nakladkani deyisib ,bundan sonra heç xərc qoymadan ürəyin hara istəyir surə bilərsən ,adamı yolda qoyan maşınlardan deyil ,bunu tam məsuliyyətlə deyirəm . Satmaqda məqsəd pula ehtiyacdır . Satmağa tələsmirəm ,maşını maşından anlayan adama qismət eləsin Allah . Gəlib mənasız söhbətlər edib ,özünüzün də vaxtını almayın ,mənim də . Yerində hər şeyi göstərib izah edəcəm . Xeyirlisi Allahdan