Salam. Maşın ideal vəziyyətdədir. Motor: 2.0 həcmindədir. Yəni M111 motorudur. Məhz bu motorun nə qədər dözümlü olduğunu bilənlər bilir. Maşının ikinci sahibiyik. Avtomobil ölkəyə 2007-ci ildə gətirilib. Motor, karopka, xodovoy hər bir şey idealdır. Parçaların 90%-i zavodskoy üzərində gələndir. Avtomobildə vuruq və ya udar yoxdur. Çürüyən hissə tapa bilməzsiniz. İstənilən ustanın yanında yoxlatdıra bilərsiniz, başımızla cavabdehik. Maşın bizdə olduğu müddətdən bəri xanım tərəfindən idarə olunur. Buna görə də baxımına, təmizliyinə xüsusilə diqqət yetirilib. Maşına ən yaxşı yağ tökülüb, ən yaxşı filtrlər qoyulub bir sözlə avtomobil sizə əsl zavodskoy ÇEŞKA həzzini verəcəkdir. Maşının diskləri, təkərləri təzədir. Bazarda ən yaxşı halda 500-600 manata tapa bilərsiniz. Maşının ruçkalarından da gördüyünüz kimi qara rəngdədir. Bunlar xüsusi buraxılışdır. Bu maşınlar isti və soyuq havalara çox dözümlü olur. Əgər istəsəniz internetdə araşdıra bilərsiniz. Alverçilər narahat etməsin, ideal ÇEŞKA axtaranlar buyurub gələ bilərlər. Allah alana da, satana da xeyir versin!