Avtomobil 2023-cü ilin yanvar ayında şəxsi istifadəm üçün Koreyadan sifarişlə gətirilib. Artıq 2 il yarımdır problemsiz sürürəm. Texniki və vizual baxımdan yaxşı vəziyyətdədir. Bütün rasxodniklər vaxtında dəyişdirilib. Çaşka, feredo və maxavik yeni dəyişdirilib – avtomobildə heç bir əsmə və ya nasazlıq yoxdur, saat kimi işləyir.
Yanacaq sərfiyyatı çox sərfəlidir – şəhər içi 100 km-ə cəmi 7 litr dizel işlədir. Təkərlər 6 ay öncə yenilənib. Avtomobilin bəzi hissələrinə kraska dəyib, lakin udarsızdır. Koreyadan gətirildikdə peşəkar şəkildə yoxlanılıb. Çox xırda çızıqlar rənglənib – istənilən yerdə təkrar yoxlana bilər.
Əlavə olaraq 450 manatlıq böyük sensor monitor quraşdırılıb. CarPlay və Android Auto funksiyaları mövcuddur və naqilsiz qoşulma dəstəklənir.
Yeni avtomobil sifariş verdiyim üçün satıram. Alan şəxs üçün əlavə xərc tələb olunmur – minib sürüləcək vəziyyətdədir.