Təcili satılır – Ford Edge Limited, 2015 (2016-dan istifadə olunub)
• Avtomobil 2015-ci ilin dekabrında rəsmi Ford Bakı Servisindən alınıb. Rəsmi müqavilə və tarixlər sənədli şəkildə mövcuddur.
• İkinci sahibiyəm – 2019-cu ildən, 29,000 km-dən etibarən istifadə edirəm.
• Yalnız 95 oktan benzin istifadə olunub. Mühərrik və sürətlər qutusu ideal vəziyyətdədir – heç bir texniki şərh ola bilməz.
• Avtomobilin heç bir vuruğu və ya ciddi qəzası olmayıb. Yalnız arxa sağ sərnişin qapısında dayanacaqda yüngül sürtülmə olmuşdu – sadəcə boyanıb. Rəng fərqi yoxdur.
• Daim rəsmi servis və sonradan yalnız peşəkar ustanın nəzarətində qulluq olunub.
• Bütün yağlar və ehtiyat hissələri yalnız Motorcraft (Ford tərəfindən tövsiyə olunan) orijinal məhsulları ilə vaxtında dəyişdirilib. Sürətlər qutusu, arxa differensial, şamlar və sair. Bir dənə də qeyri-orijinal detal istifadə olunmayıb.
• Texniki və elektron sistemlər daxil olmaqla avtomobilin vəziyyəti idealdır – heç bir nasazlıq yoxdur.
• Avtomobilə baxış üçün:
– Günorta saatlarında Azadlıq Meydanı ətrafında
– Axşam saatlarında Moskva prospekti 8 (Şamaxinka)
ərazisində baxmaq mümkündür.
Qiymət endirimli qeyd edilmişdir, Təcili satış üçün real alıcıya əlavə endirim olunacaq.