????️ S E R V İ S.
Maşın dillerdən alınıb və yalnız Rəsmi Servisdə tam qulluq olunub. Başqa heç bir kənar yerdə və ya təmirdə olmayıb. Xanım tərəfindən idarə olunub və çox səliqəli baxımlı saxlanılıb. Heç bir problemi yoxdur. VAXTI VAXTINDA Servisdə yoxlanılıb, qulluğu olunub, yenilənməli olanlar ən keyfiyyətlisi ilə yenilənib. Hal hazırda dəyişilməli heç nəyi yoxdur. Mühərrikin sepi yeni dəyişilib, Yağı, antifirizi, filtri və digərləri təzəlikcə dəyişdirilib. Maşın tam ideal vəziyyətdədir və heç bir xərc tələb etmir. Bütün xərcləri qarşılanıb, park radar, arxa görüntü kamerası, bahalı android manitor quraşdırılıb, orjinal bahalı şüşəsilənlər, ayaqaltılar təzəlikcə alınıb qoyulub. Yenicə diaqnostika olunub hər şey tam qaydasında çıxdı.Peredok sistemi də yeni yığılıb ən yaxşı detallarla. Bir sözlə tam hazır, problemsiz, çox dözümlü, rahat və ekonom maşındır. Şkoda barədə məlumatı olanlar bilir keyfiyyətini. Detalları da normal hətta deyərdim ki ucuzdur. Hal hazırda ehtiyac olmadığı üçün satılır. Satmağa da tələsmirəm. Yalnız NAĞD satılır və qiymət barədə ancaq maşının yanında danışmaq olar.