2012-ci ildə rəsmi servisdən Nurgün Motorsdan almışam. Qarantiya müddəti ərzində və ondan sonra da bu günədək servisdə qulluq olunub. Maşının bütün tarixçəsi var servisdə. Ən xırda detalına qədər orjinal ehtiyyat hissələr qoyulub. 13 il ərzində yalnız yağ, hava və kondisioner filtrləri, ksenon lampalar, kolotkalar dəyişdirilib. Çox ideal vəziyyətdədir. Gündə 30-40 km sürülən maşındır. Ancaq iş-ev sürülüb. Ümumiyyətlə bu model çox uğurludur. Çox dözümlü, əsil insan dostudur. Baqaj hissəsi isə bir başqa aləmdir. Bu günə qədər heç bir maşında rastlaşmadığım baqaja malikdir. Saxlama yerlərindən tutmuş yük tutumuna qədər. Maşını satmaq səbəbim yenisini almağımdır.
Allah hammıya sağ salamat uğurlu əmlak qismət eləsin.