Maşın 2020ci ildə avropadan gətizdirilib, Bakıda ilk sahibi mənəm. Bütün servis xidmətləri vaxtı vaxtında görülüb, mühərrik yağı daim Liqui Moly Special Tec LL 5/30 istifadə olunub, sürətlər qutusu yağı həmçinin Liqui Moly. Dizel üçün Liqui Moly(diesel zusatz) qatqısından istifadə olunub. Dəyişilən rasxodniklər hamısı orijinal detallarla dəyişilib. Servis tarixçəsində hamısını qeyd etmişəm, alan adama təqdim edə bilərəm. Kosmetik olaraq həm eksteryer həm interyer əla vəziyyətdədir, səliqəli istifadə olunub. Daim qaraj şəraitində saxlanılıb. Texniki baxış və sığorta iyun ayında olunub. Avtomobildə vuruq udar olmayıb , detal dəyişməyib, qabaq krılo cızığa görə rənglənib (şəkilləri var). Alverçilər narahat etməsin, istənilən servisdə yoxlamaq olar.