Avtomobil ideal vəziyyətdədir. Vaxtlı-vaxtında servisində baxımları olunub. 2 detalında kosmetik iş görülüb. Heç bir texniki problemi yoxdur. Yağ və naklatkalar yeni dəyişib. Texniki baxışdan bu yaxınlarda keçib, sığortası da yeni yenilənib. Servisdə mühərrik ömrünü uzadan yağlardan istifadə olunub. Hal-hazırda heç bir əlavə xərc tələb etmir.
Çox ekonom, rahat və əsl şəhər maşınıdır. Dizel mühərriklə həm şəhərdə, həm trasda az yandırır. 3 rejimi var – sport, green və mid sürüş. İstəyə uyğun rejimi seçmək olur. Yarış üslubunda sürüş sevənlər üçün də idealdır. Diskleri John Cooper Worksdür – orginal görünüş və idarəetmə verir.
Xüsusiyyətləri:
Panorama lyuk
Dəri salon
Welcoming lights və rəngi dəyişən LED ambians salon işıqları
Düymə ilə at gücünü tənzimləmək imkanı
Gündüz işıqları
Pult vasitəsi ilə pəncərələr və lyukların açılıb bağlanması
John Cooper Works orginal diskler
Start/Stop düyməsi
Orginal MINI parking kamera sistemi
Ön və arxa video registrator funksiyası
Harman Kardon səs sistemi
Zavod Karbon işləmə detalları
Avtomobil xanım tərəfindən səliqəli idarə olunub. Salonu təmiz və baxımlıdır. Təcili satıldığı üçün dəyərindən aşağı qiymətə qoyulub. Bu komplektasiyada bu qiymətə MINI yoxdur. Maşın həftə içi saat 09:00 – 18:00 arası Ağ şəhərdə olur. Yalnız real alıcılar narahat etsin.