Toyota Corolla Cross 2.0l HEV pioneer edition 2025
Avtomobil komfort məqsədilə əlavə olunmuş funksiyalarla təchiz edilib: dəri salon, radar sensorları (ön-2, arxa-2 ), arxa görüntü kamerası və duman faraları.
Bu imkanlar digər oxşar modellərdə adətən olmur.
Qiyməti müqayisə edərkən bu fərqləri nəzərə almağınızı xahiş edirəm.
Maşın tamamilə yenidir, yürüşü 0 km-dir. 2025-ci il buraxılışıdır. Rəsmi qeydiyyatdan keçib və icbari sığorta ilə sığortalanıb.
Mühərrik Məlumatları:
• Mühərrikin At Gücü: 197 a.g.
• Hibrid sistem
• Ötürücü tipi: Ön
• Maksimum Sürət: 180 km/saat
• Yanacaq sərfiyatı (Qarışıq l/100km)*: 4.56 L/100km
• Yanacaq növü:Benzin/Hibrid