Avtomobil 2015-ci ilin Avqust ayında Hyundai Avto Salonundan alınıb, alınan vaxtdan bu günədək yalnız özüm sürmüşəm, səliqəli saxlanılıb.
Hyundai servisdə qulluq olunub, kitabçası var. Təkərlər, alt hissədə lazım olan detallar servisdə təzə yenilənib, motor yağı vaxtında dəyişilib. Maşının bütün texniki müayinə prosesinə özüm nəzarət etmişəm.
Texniki cəhətdən tam saz vəziyyətdədir, uzun yol və şəhərdə sürülmək üçün çox rahat və qənaətçil avtomobildir. Cruize control sistemi var. İcbari sığortası yeni edilib. Motor yağı, yağ filter, kondisioner filter təzə yenilənib. Ortalama 10 il ərzində 10.000 KM sürülüb, üzərində olan orijinal yürüşdür. Rahat və komfortlu avtomobildir. Dəri salon və monitoru var.