Lexus NX 200T AWD.
Avtomobil rəsmi servisdən alınıb. Yayda servisdə yoxlanışdan keçib.
Komplektasiya :
• Sükanin elektron 4 istiqamətdə tənzimlənməsi
• Yaddaş paketi (sürücü oturacağı, sükan və yan güzgülər)
• Ön oturacaqlar elektron tənzimlənməsi
• Ön oturacaqların isidilməsi
• Ön oturacaqların ventilyasiyası
• 2 istiqamətdə elektron tənzimlənən arxa oturacaqlar
• İsidilən və yaddaş funksiyalı multi-funksional sükan
• Elektron tənzimlənən, qızdırılan və yaddaş funksiyalı yan güzgülər
• Avtomatik olaraq tündləşən arxa görünüş güzgüsü və yan güzgülər.
• Panoramik dam
• Mark Levinson (harman) audio sistem
• HUD (head up display)
• Bütün qapılarda avtomatik qapı dartma sistemi (pılesoslu qapılar)
• 360 dərəcə kamera
• Ön və arxa parklanma radarları
• RCTA (Arxaya hərəkət zamanı kəsişən yolda toqquşma xəbərdarlığı)
• Yan güzgülərdə kor zonalardan xəbərdarlıq
• Premium üçlü LED ön faralar
• Dönmə istiqamətinə uyğun işıqlandırma sistemi
• Üç zonalı klimat control
• Açarsız giriş
• AUTOHOLD dayanma rejimi
• Üç sürüş rejimi (normal, eco, sport)
• Dörd təkərli sürüş rejimi (AWD)
• Elektrik və salondan idarə oluna bilən baqaj qapısı
• Fara yuyucusu
• 3 açar (2 sadə + 1 kart tipli)
Avtomobil öz adımadır, iki ildir məndədir. Dörd yeni təkərlə təchiz olunub. Xahiş edirəm Amerikadan vuruqla gələn və aşağı komplektasiyalı avtomobillərlə müqayisə etməyin. Sadəcə 360° kamera və premium ön faralara baxmaq kifayətdir ki, satışda olan digər avtomobillər ilə arasındakı fərq aydın görünsün Bu avtomobil bu komplektasiyada ölkədə çox nadirdir.