Evvəla elana baxana salam olsun, alverci deyiləm öz maşınımdı, 2 ildi məndədi, şükürlər olsun ki 2 il ərzində işimlə əlaqədar ancaq uzun məsafələrə sürmüşəm heç vaxt problem yaratmayıb.
Noyabr ayında rulavoydan tutmuş peredok ön asqı sistemində nə varsa, və arxa balkanın rezinlərinə kimi hamsın yeniləmişəm, 800 manatdan çox pul vermişəm, razval elətdirmişəm.
İstəyən olsa üstən çıxma bütün köhnə zapçastın verərəm.
Yanvarda 2 dənə qabağa təzə təkər almışam razval olunub problemsiz.
12 voltluq batareya təzədi.
- Yağın vaxtıdı istəsəz dəyişib verərəm yox istəməsəz pulundan çıxaram.
Yağı vaxtı vaxtında hər 5000 kmdə AMSOİL - 110 manatlıqla dəyişirəm Kitabçası var.
Karopka yağı - 7000 km əvvəl dəyişmişəm, 140 manatlıq yağ tökdüm.
Abs - yayda dəyişmişəm - 1070 manat vermişəm.
Batareyalara söz ola bilməz. 50 mpgdən yuxarı verir.
Mator yağ yemir, şükürlər olsun ki dayanmadan sürürəm, işimlə əlaqədar olaraq daima Bakı - rayonlar arası sürürəm heç vaxt yarı yolda qoymayıb.
Kondisoner kompressoruna kimi teze qoydurmuşam - BUZ VURUR.
Peçin radiyatoru və maye sistemin noyabrda təzələmişəm, od kimi eləyir maşını, istidən nəfəs almaq oımur.
Texniki baxış və siğorta - sentyabrda olub.
PROBLEM ODUKİ, buferlər və arxa sol qapı biraz kosmetika tələb edir. (KOSMETİKAYA ehtiyac var)
Maşınıma başımla cavabdehem, bir dəfə arxadan yüngül changan vurub svetaforda vəssalam. Lanjeronlar, vakavinlər çiçək kimidi.
İnanmayan olsa gəlsin benzini tökək istədiyi rayona gedək qayidaq yoxlayaq.
Kreditədə danışmaq olar, barterdə maraqlıdı.
Xahiş edirəm qeyri ciddi insanlar, boş bekarlar, zəng eleyib boşuna suallar verənlər zəng etməsin. Əlavə olaraq telefonda uzun uzadı danışmağdansa gelsin baxsın razilaşaq, söhbətimiz alınsa normal endirim eləyəcəm və maşını alan istəsə iş təklifidə edəcəm. (etraflı danışarıq)
Zəng çatmasa və yaxud götürməsəm, whatsapda yazın zəhmət olmasa.