Range Rover 5.0 Supercharged Autobiography
Rəsmi dilerdən alınıb. Avtomobil ideal vəziyyətdədir və maksimal komplektasiyadadır. Qaraj şəraitində saxlanılıb, əsasən 3-cü avtomobil kimi istifadə olunub. Yeni model sifariş etdiyim üçün satılır.
Son zamanlar görülən işlər:
• Mühərrik yağı dəyişdirilib və daxili yuma olunub
• Bütün filtrlər tam şəkildə yenilənib
• Yeni əyləc supportları və əyləc kolodkaları quraşdırılıb
• Antifriz və əyləc mayesi dəyişdirilib
• 4 ədəd yeni Continental CrossContact (Y indeksli — premium seqmentin ən bahalı variantlarından) təkərlər alınıb
• ( Sep bashmag ) zənciri (GRM) dəyişdirilib və digər texniki işlər görülüb
• Salonun kimyəvi təmizliyi edilib
• Texniki baxışdan keçirilib
• Sığorta yenilənib
Bir sözlə, avtomobilə lazım olan bütün işlər tam və vaxtında görülüb. Maşın çox səliqəli saxlanılıb, qəza və ya zərbə görməyib. Yağ hər 4500–5000 km-də dəyişdirilib. Hər yağ dəyişimi zamanı mühərrik xüsusi vasitə ilə daxildən yuyulub. Yalnız keyfiyyətli yanacaq ilə istifadə olunub.
Bu avtomobil maksimum komplektasiyadadır:
• Dəri tavan
• Bütün oturacaqlarda masaj funksiyası
• 2 ədəd mini bar
• Xrustal SVA Stoplar
• Meridian 3D səs sistemi
• və daha bir çox opsiyalar
Bu avtomobil anlayanlar üçündür. Heç bir əlavə xərc tələb etmir.
Zəhmət olmasa, bu avtomobili Amerikadan gətirilmiş və ya rentacarda istifadə olunmuş avtomobillərlə müqayisə etməyin.
Əlavə suallar üçün zəng edə və ya WhatsApp vasitəsilə yaza bilərsiniz.