Hyundai İ20 orta komplektasiyalıdır. 2013-cü ilin buraxılışıdır. 2014-cü ildə rəsmi dilerdən (Hyundai Otoplaza) alınıb. Avtomobili xanım idarə edib. Maşın ideal vəziyyətdədir. Yalnız 2-ci maşın kimi işlənib. Yürüşü cəmi 58550 km-dir. Ekonomdur. Vuruğu yoxdur. Xırda cızıqlar var. Vaxtı-vaxtında Hyundai servisdə texniki baxışdan keçirilib (Servis kitabında müvafiq qeydləri var). Hər 5000 km-dən bir yağ və filtr dəyişdirilir. Hava, kondisioner və salon filtrləri təzə dəyişdirilib. Kondisioner yaxşı soyudur. 2 açarı və zapaskası var. Sükan multiruldur. Güzgülər avtomatik qatlanır. Arxa görünüş kamerası əlavə quraşdırılıb. Təkərlər 15-lik disklərdir. Maşın yalnız qarajda saxlanılır. Avtomobil öz nömrəsi ilə satılır. Heç bir problemi yoxdur. İstənilən yerdə yoxlanıla bilər. Yalnız real almaq istəyən şəxslər 22:00 dək zəng etsin. Maşına baxış 1-5ci günlər 19:00-dan sonra, şənbə və bazar isə istənilən vaxt baxmaq olar. Xüsusilə sürməyi öyrənmək istəyən xanımlar üçün ideal variantdır. Qiymətdə müəyyən endirim ola bilər.