2017 Chevrolet Volt Premier (149 at gücü)
Avtomobil 2021-ci ildə şəxsi istifadə üçün tam vuruqsuz boyasız şəkildə 27.000 yürüşlə Manheim platformasından alınaraq gətirilib. Modelin en üstün komplektasiyasıdır. İki rəngli dəri salon, ön və arxa oturacaq isidiciləri, distronik, zolağa nəzarət, qəza önləmə, avtomatik əyləcləmə, güzgülərdə kor nöqtə sensorları, avtomatik parking, açarsız daxil olma, təmassız telefon şarjı, hold, mountain, normal, sport rejimləri və s. kimi bütün funksiyaları var.
Avtomobil ümumilikdə ideal vəziyyətdədir. Batareya və motorun antifrizləri original olmaqla yeni dəyişilib.
Təkərləri yeniyə yaxındır.
Çox ekonomdur, sırf elektrik yürüşü sürət limiti olmadan sürüşdən asılı olaraq 100km civarı təşkil edir və buna tələb olunan enerjini adi 220V ev elektrik yuvasından 1.5 azn-ə doldurur. 92 oktan benzinlə problemsiz çalışır, sirf benzinlə yürüşdə sərfiyyat 5L/100km-i keçmir.
Üzərində biri original və torpaqlamalı, digəri hər yerdə çalışan iki fərqli şarj adapteri verilir.
Nömrəsiz satılır.