Rəsmi servizdən 15 dekabr 2013-cü ildə alınıb. Yürüşü orijinaldır. Daima servizdə qulluq olunub və yağı orada dəyişdirilib. Maşının vuruğu yoxdur, qəza keçirməyib. Maksimum komplektasiyadır, hətta ön oturacaqlarda ventilyasiya var. Bütün funksiyaları işləkdir. Maşın satışa çıxarılmamışdan əvvəl servizdə texniki baxşıdan keçib, yoxlanılıb və bu haqda rəsmi arayışı var. Maşının bir sahibi olub. Maşın qarajda saxlanılır və baxmaq istəyən şəxs saat 10.00-17.00 aralığında gəlib Əhmədlidə (Neapol dairəsi) qarajda baxa bilər. Real alıcılar üçün endirim var.