Bu model 3 komplektasiyada təqdim olunur: Base, Comfort və Premium. Sizə təqdim etdiyim avtomobil isə full Premium komplektasiyadır və bazarda olan sadə variantlardan ciddi şəkildə fərqlənir. Hal-hazırda Bakıda bu səviyyədə bu komplektasiyada başqa IS yoxdur.
İl: 2024, 08-ci ay istehsal (praktiki olaraq 2025 model).
Maşın 10 aydır Bakıya gəlib, 21.160 km original probeq və minimal zədə ilə gətirilib. Peşəkar ustalar tərəfindən bərpa olunub. Bərpa prosesinin video görüntüləri mövcuddur və istəsəniz təqdim edə bilərəm. Maşına tam cavabdehəm, heç bir problemi yoxdur. Gəldiyi vaxt mühərrik yağı dəyişdirilib və Liqui Moly 0W-20 istifadə olunub. Yaxın zamanda isə vaxt faktoru nəzərə alınaraq 2-ci dəfə mühərrik yağı, yağ filtri, hava filtri və salon filtri yenilənib. Hal-hazırda avtomobil 28800 km-dir və bu müddətdə gündəlik problemsiz istifadə olunur.
Real müştəri üçün maşını şəhər içi istənilən yerə sürüb gətirə bilərəm, baxa bilərsiniz.İstənilən servicdə yoxlıya bilərsiz.Yazdığım məlumatlar həqiqəti əks etdirməsə, servis yoxlanışı xərclərini özüm qarşılayacağam.!
Maşının xüsusiyyətləri:
Təhlükəsizlik və sürücü assistentləri
• Adaptiv kruiz-kontrol (radarla məsafə saxlama)
• Zolaqda saxlama assisti
• Zolaqdan çıxma xəbərdarlığı
• Piyada aşkarlama sistemi
• Yol nişanlarının tanınması
• Toqquşma əleyhinə avtomatik tormozlama
• Kor zona sistemi
• Ön və arxa park radarları, arxa kamera
• Avtomatik uzaq/yaxın işıq dəyişməsi
• Təkər təzyiq sensoru
: “Hill Start Assist (padyomda geri getməmə funksiyası)”
Komfort və salon
• Dəri salon
• “Salon qapı panelləri və bəzi detallar yüksək keyfiyyətli taxta material ilə işlənmişdir
• Elektrik və yaddaşlı oturacaqlar, isidilməsi və soyudulması
• Sükanın elektriklə idarə olunması (ön/geri və hündürlük tənzimlənməsi)
• Sükan qızdırıcı
• Açarsız giriş və Start/Stop
• Elektrik zavod arxa pərdə
• Arxa sərnişinlər üçün hava çıxışları
• Kondisioner: iki zonalı, ön və arxa sərnişinlər üçün soyutma
• Yan güzgülərin və şüşələrin qızdırılması
• Avtomatik qaralan arxa salon güzgüsü (arxadan gələn işıqları zəiflədir)
• Salon işıq sensoru
• Yağış sensoru
• USB çıxışları (2 ədəd, ön )
Multimediya və texnologiya
• Apple CarPlay və Android dəstəyi
• Bluetooth audio və zəng
• Sükan üzərindən idarəetmə
• Böyük mərkəzi multimedia ekran
• Naviqasiya / multimedia ekran
• Premium səs sistemi
Xarici və əlavə
• LED faralar və gündüz işıqları
• Lyuk
• 19” zavod disklər
• Sürüş rejimləri: Eco /
Normal / Sport
•Wi-Fi mövcuddur
Ciddi və real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.