Toyota Land Cruiser Prado, 2006/2007, 4.0 motor – 7 yerlik, Pnevma, Lyuk, İdeal vəziyyətdə!
Maşın şəxsi istifadəmdə olub, əsasən ev-iş, iş-ev istiqamətində səliqəli sürülüb. Tam sağlam və baxımlı maşındır. 2006-cı ilin sonudur oktyabr, rəsmi olaraq 2007-ci ildə alınıb.
Mühərrik və Karobka: 4.0 motor (1GR-FE), saat kimi işləyir. Sürətlər qutusunun (karobkanın) yağı yeni dəyişdirilib, gecikmə və ya vurma qətiyyən yoxdur.
Asqı və Off-Road Sistemləri: Pnevmatik asqı (pnevma) işlək vəziyyətdədir, qaldırıb-endirmə mükəmməl işləyir. Çətin yollar üçün Dağ rejimi, Bataqlıq rejimi və bütün 4x4 ötürmə sistemləri qüsursuz çalışır. Altı tər-təmizdir, xodovoyuna tam cavabdehəm.
Altında normal vəziyyətdə 4 ədəd keyfiyyətli Michelin təkəri var.
Maşın 7 yerlikdir. Arxa 7 ci oturacaqlar demək olar ki, ümumiyyətlə istifadə olunmayıb, təzə kimi qalıb. Salonu ümumilikdə çox səliqəlidir, dərisində yırtıq, sökük yoxdur.
Avtomobildə lyuk, səyahətlər üçün avtopilot (kruiz-kontrol), ön oturacaqların qızdırıcısı və içkiləri soyuq saxlamaq üçün orijinal zavod soyuducu (xolodilnik) mövcuddur, hamısı tam işləkdir. Həmçinin maşında videoqeydiyyatçı da quraşdırılıb.
Ümumi vəziyyəti,Vuruğu, udarı qətiyyən yoxdur. İstənilən usta və ya servisdə yoxlatdıra bilərsiniz.
Real alıcı ilə maşının yanında qiymətdə razılaşmaq olar.