Avtomobil zavod istehsalı olan, original yürüşlü və tam zavod sol sükanlıdır. Amerikadan gətirilərək sağdan sola çevrilmiş avtomobillərlə müqayisə olunmamalıdır.
Avtomobil rəsmi dilerdən – Nurgün Motors-dan alınıb. Yürüşünü yoxlamaq mümkündür. Üzərində zavod detalları qorunub saxlanılıb.
Klima/kondisioner sistemi və 4 elektrik şüşəqaldıranı var. Akkumulyator və digər vacib detallar vaxtında yenilənib. Görülən işlər servis kitabçasında qeyd olunub.
Remen və arxa əyləc detalları artıq alınıb, yaxın günlərdə yenisi ilə dəyişdiriləcək. Əyləc sistemi Castrol əyləc mayesi ilə yenilənib, mühərrik yağı da dəyişdirilib.
Avtomobil taksidə işləməyib, ikinci avtomobil kimi istifadə olunub. Öz zavod akkumulyatoru 10 il istifadə edilib, daha sonra İnci akkumulyatorla əvəz olunub.
Rəngi qızılıdır. Əsas sürücüsü xanım olub. Ümumilikdə 3 açarı var: 2-si zavod açarı, 1-i isə ayrıca original açardır.
Texniki baxışı və icbari sığortası qüvvədədir. Avtomobilə vaxtında qulluq olunub və servis tarixçəsi mövcuddur.