Alverçilər qəti narahat etməsin!
Audi A4 B6 1.8 S-Line | R18 | Mexanika | Stage 1
Audi A4 B6 1.8 satılır. Maşın öz adımdadır, texpasportu və sığortası var.
Maşın haqqında:
- 1.8 benzin mühərrik
- Ön çəkəndir, 4 çəkən deyil
- 5 pilləli mexaniki sürətlər qutusu
- İstəyə görə əlavə ödənişlə avtomat etmək mümkündür
- Stage 1 proşivka
- S-Line komplektasiya
- Zavod R18 S-Line disklər və təkərlər
- Zavod S-Line asqı və posadka
- S-Line elementləri ban nömrəsi ilə yoxlamaq olur, DYP-də problem yaratmır
- Lyuk
- Kondisioner
- ABS
- AUX və flash dəstəyi
- Blue Color Bi-LED faralar
- Ümumilikdə maşının əsas funksiyaları işləyir
Texniki vəziyyət:
Asqı sistemi tam yeni yığılıb. Mühərrik 5.000 km-ə təxminən 500–600 qram yağ azaldır. Antifriz, yağ və filtrlərdə keyfiyyətli məhsullardan istifadə olunub.
Bilməyiniz lazım olanlar:
- Qapı pultu işləmir
- Mühərrikin üst qapağının prokladkası nəmləyib
- Yağ səviyyə datçiki işləmir
- Ön tormoz nakladkasının datçiki işləmir
- Ön krıloda rəng işi lazımdır
Kuzada yaşına uyğun xırda cızıqlar ola bilər. Ciddi udarı yoxdur, ümumi vəziyyəti normaldır.
B6-nın sadə komplektasiyası deyil. S-Line R18 disklər, S-Line asqı/posadka və digər S-Line elementləri var. Hamısı zavod görünüşündədir və sənədlərdə qeyd olunub.
Satış səbəbi: maşını çox az sürürəm. Ümid edirəm, həvəskar biri alıb bu maşına yeni nəfəs verər.
Real alıcıya maşının vəziyyəti yerində göstəriləcək.