Seres Aito M9 EV Max (2024)
800V Ultra-Sürətli Şarj və Batareya
Platforma: 800V yüksək gərginlikli silikon-karbid (SiC) platforması üzərində yığılıb. Bu, enerjini daha səmərəli istifadə edir və batareyanın qızmasını minimuma endirir.
Şarj Sürəti: Ultra-sürətli şarj dəstəyi ilə cəmi 5 dəqiqəlik şarj ilə 150 km məsafə qət etmək mümkündür.
Məsafə: 100 kVt/saat həcmində batareya ilə tək şarja 630 km (CLTC) gediş məsafəsi təqdim edir.
Huawei xPixel və İntellektual Optika
Ağıllı Farlar: Milyonlarla piksel dqiqliyinə malik Huawei xPixel adaptiv matris faraları. Bu faralar yola naviqasiya işarələri, piyada keçidi proyeksiyası edə bilir və hətta qarşıdakı avtomobili kor etmədən ətrafı işıqlandırır.
Proyektor Funksiyası: Avtomobilin ön faraları divara 100 düymlük görüntü proyeksiya edərək açıq havada kino izləmək imkanı yaradır.
Huawei Turing Şassi və İdarəetmə
Ağıllı Pnevmatika: Huawei Turing şassi sistemi. Pnevmatik asqı və CDC (aktiv amortizasiya) yoldakı kələ-kötürləri saniyədə minlərlə dəfə skan edərək asqının yumşaqlığını real vaxt rejimində tənzimləyir.
Manevr: Avtomobilin uzunluğuna baxmayaraq, arxa təkərlərin dönmə bucağı sayəsində dönmə radiusu kompakt sedanlar qədər qısadır.
"Təkərli Kinozal" və VİP İnteryer
Arxa Proyeksiya: Arxa sərnişinlər üçün tavandan enən 32 düymlük nəhəng proyeksiya ekranı (Cinema-grade).
Huawei Sound Superior: 25 dinamikdən ibarət 2080W gücündə səs sistemi. Başlıqlarda olan dinamiklər sayəsində sürücü naviqasiya səsini eşidərkən, sərnişinlər maneəsiz musiqi dinləyə bilir.
Oturacaqlar: 6 yerlik salonun bütün oturacaqları elektrikli idarə olunur, lakin 2-ci sıra tam Zero-Gravity rejiminə keçərək sərnişini ağırlıqsızlıq hissində masaj edir.
Soyuducu: Ön qolaltı hissədə -6°C-dən +50°C-dək temperaturu dəyişən, həm soyudan, həm də qızdıran real kompressorlu soyuducu.